Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa…
Qiymətlərin artması və qaz ehtiyatlarının azalması fonunda Avropa yeni enerji böhranı ilə üz-üzədir.
Bu barədə “Bloomberg” yazıb.
Məlumata görə, sürətlə tükənən qaz ehtiyatları və Moskvadan tədarükün kəsilməsi Avropa üçün yeni enerji böhranından xəbər verir.
Qeyd olunur ki, Ukraynada vəziyyətin gərginləşməsi 2024-cü ildə qazın qiymətinin təxminən 45% artmasına səbəb olub.
Bundan əlavə, soyuq hava şəraitində isitmə tələbatı artdıqca qaz tədarükü azalır və enerji istehsalı üçün daha çox qaz istifadəsi tələb edilir.