Paşinyan: “Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq”

Baxılıb:25
Paşinyan: “Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq”

“Aİ-nin mülki missiyası sərhədin delimitasiyası aparılacaq hissələrində fəaliyyət göstərməyəcək. Bu barədə Azərbaycana təklif vermişik”.

Ermənistanın baş naziri Nikol Paşinyan bunu ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.

“Azərbaycana bunu təklif etdik: sərhədin delimitasiyası aparılacaq hissələrdən Aİ-nin mülki missiyasını çıxaraq. Delimitasiya aparıldığı yerlərdə müşahidəçilərin saxlanmasına ehtiyac yoxdur”, – Paşinyan bildirib.


Abunəlik