Əflatun Amaşov KİV-lərlə bağlı Operativ Qərargahla danışıqlar aparır-YENİLƏNİR

Baxılıb:195
Əflatun Amaşov KİV-lərlə bağlı Operativ Qərargahla danışıqlar aparır-YENİLƏNİR

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov tətbiq edilən karantin rejimi ilə əlaqədar KİV-lərin əmək müqaviləsi ilə bağlı yaranmış problemlərin həlli üçün NK yanında Operativ Qərargahla danışıqlar aparmaqdadır. Bu barədə o, özünün FB səhifəsində paylaşım edib: “Məlum olduğu kimi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək xüsusi karantin rejimini sərtləşdirilib. Bu müddətdə fəaliyyətinə icazə verilən sahələr sırasında kütləvi informasiya vasitələri də yer alıb. KİV-lərin tələb olunan əməkdaşlarının hərəkətinə onlar barəsində məlumatların “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. Hər bir KİV-in bu qaydaya əməl etməsi şərtdir.
O da məlumdur ki, Azərbaycanda əmək müqaviləsi olmadan, xidməti müqavilə əsasında çalışan jurnalistlər var. Onlar müxtəlif KİV-lər üçün materiallar hazırlayır və bu yolla həyatlarını təmin edirlər. Ölkəmizdəki bütün növ KİV-lərdə bu hüquqi əsasla çalışan şəxslər var. Belələrinin də gündəlik işə gəlib-getməsi üçün zərurət yaranır. Azərbaycan Mətbuat Şurası bütün bunları nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargahla müvafiq danışıqlar aparıb.
Ümüd edirik ki, məsələ tezliklə müsbət həllini tapacaqdır”.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir