Küçələri süpürən generalım

Baxılıb:474
Küçələri süpürən generalım

AzTimes.az xəbər verir ki, bu gün Azərbaycanın hərb tarixində böyük rolu olan general Səməd bəy  Mehmandarovun vəvatının ildönümüdür.

Lap kiçik yaşlarımda anam tərəfindən önərilmiş Şəmistan Nəzərlinin “Azərbaycan generalları” kitabında belə bir fikir məni  mənən məhv edir.Tam yadımda qalmasa da məğz bu cürdür. “Bakı küçələrində bir qoca yol kənarını süpürürdü.
1923-cü ildə ağ saqqallı Səməd bəy Mehmandarovu əlində süpürgə Bakıda görüblər”.
Həmin kitabda yaddaşlarda qalan bu qorxunc etirafdan da söz açılır. Deyilənə görə, bolşevik hökuməti Səməd bəy Mehmandarovu Müsavat hökumətinin hərbi naziri işlədiyi binanın – sonralar Azneft kimi tanınan o tikilinin ətrafını süpürməyə məcbur edirmiş.Səbəb isə bəllidir. Yəni səni belə alçaldırıq……Related image

23 ay ərzində silahdaşı, dostu Əliağa Şıxlinski və Qfqaz İslam Ordusunun komandanı Nuru paşa ilə birləşib  40 minlik ordu yaradan Səməd bəy – “yuxudan yenicə oyanmış xalqda sağlam milli hiss oyatmalıyıq” , – deyirdi və bunu mübarizə tədbirlərindən biri hesab edirdi: “Biz heçvaxt boyunduruq altında olmamışıq”. Bu sözlər əsgərləri ruhlandırırdı. Əsgərlər də onun şəninə “Qafqaziyaya şan gəlir, dərdlərə dərman gəlir” – deyə oxuyurdular.
1919-cu ilin yazında ingilis hərbi hissələri Azərbaycanda olduğu dövrdə Hərbi Nazir S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyliyə göndərdiyi rəsmi məktubda bildirir ki, İngilis hərbi dəstələri Azərbaycanda məskun olduqları yerlərdə talanlar edir, kəşfiyyat işi aparırlar. Bunlara etiraz olaraq S.Mehmandarov İngiltərə hökumətinin I Dünya Müharibəsi illərində(1914-18) ona verdiyi ordenləri özlərinə qaytarmağı Azərbaycan hökumətindən xahiş edir.
1919-cu ilin sonlarında Azərbaycan ordusu iki piyada və bir süvari diviziyadan ibarət idi. Bundan əlavə Gəncədə iki artilleriya batareyası və yüngül toplara malik xüsusi diviziya yaradılmışdı. Ordunun tərkibində həmin dövrdə üç zirehli qatar, 4 hərbi təyyarə, 6 zirehli avtomobil var idi. 1920-ci ilin əvvəlində Azərbaycan ordusunun şəxsi heyətinin 40 min nəfərə çatdırılması planlaşdırıldı. Hərbi xidmətə 19-24 yaşlı müsəlman əhalisinə məxsus gənclərin çağırılması nəzərdə tutulurdu. Ordunu gücləndirmək üçün 5 tank, 12 hidroplan, 6 aeroplan, 9 zirehli avtomobil və s. alınması planlaşdırılmışdı. Ancaq… öz millətinin ordu komandanı olmaq xoşbəxtliyi cəmi ilyarım sürdü. Aprelin 27-də parlamentin son iclasından qayıdan Səməd bəy Mehmandarov ailə üzvlərinin çamadanları hazırlayıb yola çıxmaq istədiklərini görüb dedi: “Boşaldın, heç yerə gedəsi deyilik. Vətəndən ayrılmağa heç bir əsasım yoxdur”. Biləcəridə Müsavat hökumətinin başçılarını Tiflisə aparan qatar Səməd bəy Mehmandarovu saat yarım gözlədi… O, Bakıda qaldı. Gedənlərin taleyi necə oldu, bunu da hamı bilir.

Sovet hakimiyyəti qurulduqdan sonra Mehmandarov vəzifəsindən istefa verdi. Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş qüvvələr Gəncə üsyanın təşkilində günahkar bilərək,1920-ci il iyunun 4-də Ə. Şıxlinski ilə birlikdə onu da həbs edirlər.Yalnız Nərman Nərmanovun işə qarışmasından sonra Mehmandarov bolşevik terrorundan xilas olur və Ə.Şıxlinski ilə bərabər bir il Moskvada yaşamaq məcburiyyətində qalır. Mehmandarov 1921-ci ilin yayında Bakıya qayıdaraq, Xalq Hərbiyyə və Bəhriyyə Komissarlığında işə düzəlir, 1924-28-ci illərdə Birləşmiş Komandirlər məktəbində müəllim işləyir. S.Mehmandarov 1924-27-ci illərdə Azərbaycanda hərbi sahədə aparılan geniş islahatlarda və tədbirlərdə fəal iştirak edir. Səməd bəy Mehmandarov 1928-ci ildə səhhətinə görə istefaya çıxır. Ona yüz manat pensiya kəsirlər…

Mehmandarov rus, türk və fars dillərini yüksək səviyyədə bilirdi.
General 1931-ci il fevralın 12-də Bakıda vəfat edir.Çəmbərəkənd qəbiristanlığının müsəlman hissəsi Onu Çəmbərəkənd qəbiristanlığında dəfn edirlər. Həyat yoldaşı ərinin ölümündən sonra oğlunu da götürüb Sankt-Peterburqa köçür. 1937-də onları Saratova, 1941-də isə Sibirə sürgün edirlər. Xanım faşistlərin partlatdığı qatarda həlak olur. Oğlu isə sağ qalır və sürgün həyatına davam edir…

Stalin öldükdən sonra bəraət alanlar siyahısına düşsə də  İqor Azərbaycana dönmür. Çünki incik idi. H. Əliyevin təşəbbüsü ilə uzun illər Kalininqradda yaşayan general oğlu həyat yoldaşı İza xanımla birgə Bakıya daşınır və ömrünün son illərini doğma şəhərdə başa vurur. Onların övladı olmayıb. Səməd bəyin gəlininin atası da general olub. Hələ Heydər Əliyev onları bura gətirib mənzillə təmin edən zaman heç kimin onlardan xəbəri yox idi. İqor 1989-cu ilin avqust ayında vəfat edir. Məzarı Yasamal qəbirstanlığındadır.

Image result for mehmandarovun oğlu

P. Kirova heykəl qoyulanda Çəmbərəkənd qəbiristanlığı dağıdılır .Image result for kirovun heykəli Yaxınları məlum səbəblərdən Bakıda olmurlar. Dövlətdən də heç kim qəbri köçürmək hayında olmur. Əvəzində, S.Mironoviçin heykəli uzun illər o qəbirlərin üstündən bütün bakılılara yol göstərir…

Bax belə sonu faciələrlə, kimsəsiz şəkildə, bizə uzun zaman xalq düşməni kimi kimi tanıdılan, amma həyatını, ailəsini, varlığını xalq yolunda qoymuş vətən oğulları və qızları olub və var onları itirmədən qədrini bilək.

Atatürkün bir sözü var: ” Öz tarixini unudan bir xalq , başqa  xalqlara yem olacaqdır” Dəyərlilərimizin qədrini bilək zamanında ki, sonra məyus olmayaq

Pərvin Abışova /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir