Məhkəmə Azərbaycan və Ermənistana bir il vaxt verdi
Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan və Ermənistana irqi ayrı-seçkilik hallarında əks-memorandum hazırlamaq üçün bir il vaxt verib.
Bu barədə məhkəmənin mətbuat xidmətinin məlumatında deyilir.
Qeyd olunur ki, sənədlər 2025-ci il noyabrın 12-dək hazırlanmalıdır.
Əks-memorandum qarşı tərəfin memorandumunda yer alan iddiaları qəbul, inkar və ya şərh edən cavabı nəzərdə tutur.
Eyni zamanda məhkəmənin sədri Nəvaf Salam bildirib ki, məhkəmə Bakının İrəvana qarşı iddiasına baxmaq səlahiyyətini təsdiqləyib.