AXCP -yə daha bir zərbə azadlığa buraxılmış üzvündən gəldi-VİDEO

Baxılıb:168
AXCP -yə daha bir zərbə azadlığa buraxılmış üzvündən gəldi-VİDEO

CM-in 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə) və 322-ci (özbaşınalıq) maddələri ilə təqsirləndirilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-nin) fəalı Qorxmaz Əliyev cəza müddətini başa vuraraq azadlığa çıxıb.
AzTimes.az xəbər verir ki, azadlığa çıxan AXCP fəalı bəyanatla çıxış edib və bugündən etibarən təmsil olunduğu partiya sıralarını tərk etdiyini açıqlayıb.
Mətbuata açıqlama verən sabiq AXCP fəalı keçmiş sədrinin ünvanına da sərt ittihamlar səsləndirib. O, bildirib ki, həbsdə olduğu müddətdə onun ailəsinə göndərilən ianələr partiya sədri tərəfindən mənimsənilib.
Q. Əliyev bildirib ki, AXCP-nin hazırki üzvləri də Əli Kərimlinin siyasi spekulyasiyalarına alət olmasınlar və tezliklə partiyadan istefa versinlər.
Nəzərinizə çatdıraq ki, əvvəllər NİDA fəalı olan və məhbəs həyatı yaşayan aktivist Elsevər Mürsəlli də   ianələrin mənimsənilməsi iddiası ilə çıxış etmişdi.
Qorxmaz Əliyevin həmin çıxışını sizə olduğu kimi təqdim edirik:

 


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir