İki həftəlik sərt karantin rejimi ilə bağlı MÜHÜM AÇIQLAMA – VİDEO

Baxılıb:128

“Ölkədəki vəziyyət təhlil olunub və karantin rejimi çərçivəsində fəaliyyətinə icazə verilən bəzi sahələrin bağlanmasına qərar verilib”.
AzTimes.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində operativ qərargahın nümayəndəsi Leyla Abdullayeva deyib.
O bildirib ki, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Yevlax, Masallı, Cəlilabad və Abşeronda SMS xəbərdarlıq və xüsusi icazə ilə evdən çıxmaq qüvvəyə minəcək:
“Sərt karantin tətbiq edilən iki həftə ərzində ticarət mərkəzlərinin fəaliyyəti dayandırılır, ictimai iaşə obyektlərinin yerində fəaliyyəti dayandırılır, bərbərxana və gözəllik salonları, muzeylərin fəaliyyəti dayandırılacaq.
Lakin 65 yaşdan yuxarı şəxslərin hərəkəti qadağan edilmir. Sərt karantin günlərində “Bakı Metropoliteni” öz fəaliyyətini davam etdirəcək. Park və istirahət mərkəzləri də fəaliyyət göstərəcək”.

https://www.facebook.com/2045662965718505/posts/2824802714471189/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir