İrəvan Bakının sülh müqaviləsi ilə bağlı son təklifinə cavab verdi

Baxılıb:34
İrəvan Bakının sülh müqaviləsi ilə bağlı son təklifinə cavab verdi

İrəvan Bakının sülh müqaviləsi ilə bağlı son təkliflər paketinə cavab verib.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə “hökumət saatı” zamanı bildirib.

Paşinyan regional kommunikasiyaların açılması ilə bağlı qərarın ola biləcəyini qeyd edib.

“Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması üzrə qarşılıqlı məqbul həll yoluna yaxındır. Biz təklifimizi Azərbaycana yazılı şəkildə çatdırmışıq”, – deyə Paşinyan vurğulayıb.


Abunəlik