Bu ölkədə quş qripinə İLK YOLUXMA – Alimlər qorxurlar ki…

Baxılıb:30
Bu ölkədə quş qripinə İLK YOLUXMA – Alimlər qorxurlar ki…

Kanadanın Britaniya Kolumbiyası əyalətində insanda H5 quş qripinə ilk yoluxma halı qeydə alınıb. 

Bu barədə “Agence France-Presse” (AFP) xəbər agentliyi məlumt yayıb.

Xəstənin uşaq xəstəxanalarından birinə yerləşdirilən yeniyetmə olduğu bildirilib. Onun infeksiya mənbəyi və mümkün təmasları araşdırılır.

Kanada rəsmiləri gəncin çox güman ki, xəstə quş və ya heyvanla təmasda olduğunu deyirlər.

Adından da göründüyü kimi, quş qripi ən çox vəhşi və ev quşlarına təsir edir. Bu yaxınlarda xəstəlik məməlilərdə də aşkar edilib: 2024-cü ildə ABŞ-da mal-qara arasında xəstəlik epidemiyası baş verib.

Alimlər deyirlər ki, insanlar nadir hallarda yoluxsa da, quş qripinə qarşı həssas növlərin sayının artması narahatlıq doğurur. Patogenin ötürülməsi daşıyıcı və ya çirklənmiş mühitlə sıx təmasda mümkündür.

Mütəxəssislər virusun mutasiyalar vasitəsilə insandan insana keçmə qabiliyyəti qazanacağından qorxurlar.


Abunəlik