İlham Əliyev daha üç sərəncam imzaladı
Müdafiə Nazirliyi Quru Qoşunlarının komandanı Hikmət Mirzəyevə general-polkovnik hərbi rütbəsi verilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
xxx
Prezident İlham Əliyev Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
“general-polkovnik” ali hərbi rütbəsi
general-leytenant Hikmət İzzət oğlu Mirzəyevə
“general-mayor” ali hərbi rütbəsi
polkovnik Ələkbər Məhəmməd oğlu Cahangirova
polkovnik Gündüz Əliş oğlu Əbdülova
polkovnik Azər Əlövsət oğlu Qasımova
“ədliyyə general-mayoru” ali hərbi rütbəsi
ədliyyə polkovniki Elçin Nəriman oğlu Əliyevə.
xxx
Polkovnik Azər Aydın oğlu Məmmədova “general-mayor” ali hərbi rütbəsi verilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Azər Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavinidir.