Ülgüc məftillər, tələlər: Türkiyə-İran sərhədində nə baş verir?

Baxılıb:20
Ülgüc məftillər, tələlər: Türkiyə-İran sərhədində nə baş verir?

Türkiyənin İranla ən uzun sərhədə malik Van bölgəsində qeyri-qanuni miqrasiyanın qarşısının alınması, qaçaqmalçılıq fəaliyyətlərinin dayandırılması və PKK terrorçularının ölkəyə sızmasının qarşısının alınması istiqamətində işlər aparılır.

295 kilometrlik sərhəd xəttinin 70 faizində beton divarın tamamlandığı bölgədə qalan hissələrdə işlər davam etdirilir.

Təhlükəsizlik divarına paralel olaraq xəndək qazma işlərinin davam etdiyi sərhəd xəttində gecə-gündüz müşahidə cihazları, elektro-optik və lift qüllələrinə quraşdırılmış radarlarla bölgə izlənilir. Təhlükəsizlik qüvvələri həftənin 7 günü 24 saat xidmətdədir.

Üç sıra ülgüc məftilinin quraşdırıldığı mühafizə divarının gələn il tamamlanması planlaşdırılır. Terrorçuların və qeyri-qanuni immiqrantların keçidini maneə törətmək üçün fotoşəkil tələlərindən istifadə edilir.

Qeyd edək ki, təhlükəsizlik mənbələrindən alınan məlumata görə, bu il 15 min 422 qeyri-qanuni miqrantın sərhədi keçməsinin qarşısı alınıb, 241 kiloqram narkotik ələ keçirilib və 2 terror təşkilatı PKK üzvü tutulub.


Abunəlik