Məhkəmə Rusiyaya casusluq etməkdə ittiham olunan politoloq haqqında qərar verdi

Baxılıb:185
Məhkəmə Rusiyaya casusluq etməkdə ittiham olunan politoloq haqqında qərar verdi

Rusiyaya casusluqda ittiham edilən Nəzakət Məmmədovaya 13 il həbs cəzası kəsilib.Müxtəlif televiziya kanallarında, saytlarda siyasi şərhçi kimi çıxış edən Nəzakət Məmmədovaya dövlətə xəyanət ittihamıyla 13 il həbs cəzası kəsilib. Bugünlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.46 yaşlı N.Məmmədova Rusiyanın xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda suçlanır. Cinayət işinin materiallarında iddia edilir ki, N.Məmmədova tapşırıqla “jurnalist”, “siyasi şərhçi” adı altında pərdələnib.O, həm də Youtube-da “Alfa TV” adlı kanalın rəhbəri idi və burada aşkar şəkildə rusiyayönümlü materiallar yayımlanırdı. İttihama görə, sözügedən kanalın yaradılması, orada müsahibələrin təşkili və başqa materialların yayımı da ona verilən tapşırıqların tərkib hissəsi olub.İddia olunur ki, N.Məmmədova mütəmadi Moskvaya gedib, orada məxfi görüşlər keçirib, gördüyü işlərin müqabilində ona pullar göndərilib. Lakin köçürülən pullar öz adına yox, başqalarının adına bankdan çıxarılıb.N.Məmmədovanın başqa şəxsləri də Rusiyanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşdürməyə çalışması da ittihamda yer alıb.Amma N.Məmmədova dövlətə xəyanət ittihamını qəbul etmir. O, təqsirsiz olduğunu vurğulayıb. Deyib ki, Moskvaya konfranslara gedib, müəyyən kanallarda çıxış edib, aldığı pullar da buna görə ödənilən qonorarlar, ezamiyyət xərcləri olub: “Gizli pul almaq niyyətim olsaydı, elə nağd şəkildə alıb gətirərdim. Keçmiş həyat yoldaşımın mənim gəlirimi bilməsini istəmirdim. Ona görə gələn pulu başqalarının adına götürmüşəm”.N.Məmmədovanı 2023-cü ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb. Onun işi üzrə istintaq da bu qurumda aparılıb.N.Məmmədova özü də vaxtilə DTX-da işləyib.

Mənbə: azadlıq.org


Abunəlik