Növbəti bələdiyyə seçkisinin tarixi nə zaman elan ediləcək?

Baxılıb:34
Növbəti bələdiyyə seçkisinin tarixi nə zaman elan ediləcək?

“Azərbaycanda növbəti bələdiyyə seçkisinin keçiriləcəyi tarix noyabrın sonunadək elan olunacaq”.

Bu barədə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bildirib.

MSK sədrinin müavini qeyd edib ki, Seçki Məcəlləsinin tələblərinə əsasən bələdiyyə seçkisi Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir.

“Bununla əlaqədar müvafiq qərar səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc olunur. Kollegial orqan kimi Mərkəzi Seçki Komissiyasında aparılan müzakirələrdən sonra bələdiyyə seçkisinin qanunvericiliyin tələblərinə uyğun qaydada bu il noyabrın sonunadək elan olunması qənaətinə gəlinib” – deyə, R.Qasımov bildirib.


Abunəlik