3 Saylı Körpələr Evində qotur yayıldı – AÇIQLAMA

Baxılıb:171
3 Saylı Körpələr Evində qotur yayıldı – AÇIQLAMA

“3 saylı Uşaq Evində  kütləvi qotur  yayılıb.8 uşaq hal hazırda dəri zöhrəvi xəstəxanasındadır.” Bu barədə adının çəkilməsini  istəməyən xəstəxana əməkdaşı AzTimes.az-a məlumat verib.  Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinin sözcüsü Murad Haşımov məlumatın əsassız olduğunu bildirsə də biz TƏBİB-lə əlaqə saxladıq. TƏBİB-in mətbuat xidmətindən AzTimes.az-a bildirildi ki məlumat doğrudur,amma 8 yox, 5 uşaq:
“23 oktyabr 2024-cü il tarixində 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə 3 nömrəli Uşaq Evindən 5 uşaqla bağlı müraciət daxil olub. Uşaqlar tibb heyəti tərəfindən müayinə olunub və diaqnozu təsdiq etmək üçün laborator analizə yönəldiliblər. Analizlərin nəticələrinə əsasən uşaqlara qoturluq diaqnozu qoyulub. Pasiyentlər 10 gün müddətində stasionar müalicə aldıqdan sonra laborator müayinələrə əsasən sağalma ilə yenidən Uşaq Evinə geri göndəriliblər.” Bəs SXA niyə həqiqəti danır?…

TƏBİB açıqlama verdikdən dərhal sonra Murad Haşımov bizlə əlaqə saxlayaraq eyni məzmunlu açıqlama verdi:

Bir müddət öncə müəssisənin 5 nəfər sakininin 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserində müayinəsi təşkil edilib. Analizlərə əsasən uşaqlara qoturluq diaqnozu qoyulub və 10 gün müddətində stasionar müalicə ediliblər. Daha sonra isə uşaqlar laborator müayinəyə əsasən sağalma ilə müəssisəyə qaytarılıb. Bildiririk ki, müəssisələrimizdəki uşaqların sağlamlığı daim diqqətdə saxlanır və aidiyyatı səhiyyə qurumları ilə əməkdaşlıq edilir.

P.S. Bu sizə təqdim etdiyimiz foto ötən gün sözügedən xəstəxanada çəkilən fotolardan biridir. Yalnız biri…


Abunəlik