5 milyon insan təhlükə altındadır

Baxılıb:55
5 milyon insan təhlükə altındadır

Hər il dünyada təxminən 3-5 milyon insan qripə yoluxur, 200-500 min civarında insan isə bu səbəbdən həyatını itirir.

Qrip virusu yoluxucu xəstəlikdir və havalar soyuduqca qripə yoluxma halları da artır. Yoluxucu xəstəliklər və klinik mikrobiologiya mütəxəssisi Dr.Şirin Elmi qripdən qorunmaq üçün lazım olan tədbirləri açıqlayıb.

Mütəxəssis bildirib ki, qripdən qorunmaqda şəxsi gigiyena çox vacibdir:

“Xüsusilə uşaqların və bütün insanların şəxsi gigiyena mövzusunda məlumatlandırılması onların həyatları boyu xəstəliklərdən qorunmasına böyük töhfə verəcək. Qrip viruslarının yaratdığı yüksək hərarət, baş ağrısı və geniş bədən ağrısı kimi əlamətlərə səbəb olub. Yoluxuculuq xəstəliyin əlamətlərinin başlamasından 1 gün əvvəl başlayır və 7 gün davam edə bilər. Gənc uşaqlarda yoluxma müddəti 10 günə qədər uzana bilər. Qrip peyvəndinin tərkibi hər il yenilənir. Peyvəndlə orqanizmə verilən cansız qrip virusu antigenləri müdafiə hüceyrələrini aktivləşdirir və orqanizmdə virusa qarşı müdafiə yaradır”.


Abunəlik