Miqreni adi başağrısından necə ayırmaq olar?

Baxılıb:27
Miqreni adi başağrısından necə ayırmaq olar?

Miqrenləri adi baş ağrılarından fotofobiya və ürəkbulanma əlamətləri ilə ayırd etmək olar.

Bu barədə rusiyalı tibb elmləri namizədi, elmi işçi Anastasiya Belopasova Lenta.ru-ya müsahibəsində danışıb.

Onun sözlərinə görə, miqren tutması fonofobiya və fotofobiya, ürəkbulanma və nadir hallarda qusma ilə müşayiət olunur. Bu qəbildən tutmalar yüksək intensivlikli, adətən birtərəfli, pulsasiya edən baş ağrısı ilə xarakterizə olunur. Miqrendən qaynaqlanan başağrısı, hər şeydən əlavə, fiziki yüklənmə zamanı güclənir.

“Miqren tutması dörd saatdan 72 saata qədər davam edə bilər”, – deyə Anastasiya Belopasova bildirib.

Onun sözlərinə görə, miqren 50 ildir tədqiq edilməsinə baxmayaraq, onun yaranma mexanizmi tam olaraq müəyyən edilməyib.


Abunəlik