Paşinyan növbədənkənar seçkiyə gedir: Əliyevin icazəsi lazımdır – DETALLAR

Baxılıb:102
Paşinyan növbədənkənar seçkiyə gedir: Əliyevin icazəsi lazımdır – DETALLAR

“Paşinyan Azərbaycanın tələblərini yerinə yetirməyə əsas qazanmaq üçün növbədənkənar seçkilər keçirə bilər”.

Bu iddia ilə “Hraparak” nəşri çıxış edib.

Nəşr yazır ki, Bakı Ermənistan Konstitusiyasının dəyişdirilməsi və İstiqlal bəyannaməsindən imtina edilməsini sülh sazişinin imzalanmasında əsas şərt olaraq irəli sürməkdən imtina etmir:

“Paşinyan da anlayır ki, konstitusiya və İstiqlal bəyannaməsini Azərbaycanın şərti kimi səsverməyə çıxararsa, bu biabırçılıq olacaq. Eləcə də referendumda istədiyi nəticəni əldə edə bilməz. O, vəziyyətdən çıxış kimi konstitusiyaya dəyişiklik etmək əvəzinə, növbədənkənar parlament seçkilərinin keçirilməsini təklif edə bilər. Bu seçkilərdə əsas tezis də Azərbaycanla sülh müqaviləsinin imzalanması olacaq. Bəyan edəcək ki, “sülh sazişinin imzalanmasının tərəfdarı olanlar bizə səs versinlər”. Əgər Ermənistan vətəndaşlarının əksəriyyəti hakimiyyətin xeyrinə səs verəcəklərsə, bu o demək olacaq ki, əhali Azərbaycanın şərtləri ilə sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır”.

Nəşr iddia edir ki, Paşinyan bu gedişlə iki hədəfə nail ola bilər: “Birincisi, Azərbaycanın tələbini yerinə yetirir. Çünki rəsmi Bakı “Paşinyanla yox, Ermənistan xalqı ilə sülh müqaviləsinin bağlanması” istəyini dilə gətirir. Növbədənkənar parlament seçkilərində Paşinyanın qələbəsi onun Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması mövqeyinin də dəstəklənməsi olacaq. İkincisi, hakimiyyətini daha 5 il uzadır”.

Məqalədə vurğulanır ki, Əliyev Paşinyanın növbədənkənar seçki təklifi ilə razılaşarsa, gələn ilin yazında seçkilər keçirilə bilər.

“Beləliklə, Paşinyan hakimiyyətini gücləndirəcək və 2027-ci ildə konstitusiyanı dəyişdirməklə, Azərbaycanın bütün tələblərini yerinə yetirəcək”, – deyə nəşr qeyd edir.


Abunəlik