Bu Avropa ölkəsində yağışdan sonra çoxlu insan cəsədi tapıldı

Baxılıb:53
Bu Avropa ölkəsində yağışdan sonra çoxlu insan cəsədi tapıldı

İspaniyada güclü yağışlardan sonra çoxlu insan cəsədi üzə çıxıb. Valensiyada sel sularının küçələrdə avtomobilləri batması, yolların bağlanması və qatar reyslərinin ləğv edilməsindən sonra tapılan cəsədlərin sayı dəqiqləşdirilməyib.

Bu barədə “The Guardian” xəbər verir. Fövqəladə hallar işçiləri bildirib ki, güclü yağışlar İspaniyanın cənub və şərqində daşqınlara səbəb olub. Yollar və sürət qatarları bağlandıqdan sonra bir neçə insan cəsədi çıxarıblar.

Şərqi Valensiya bölgəsinin rəhbərliyi jurnalistlərə deyib ki, daşqından zərər çəkmiş ərazilərdə bir neçə cəsəd tapılıb.

“Qurbanların cəsədləri tapılıb, lakin ailələrə hörmət olaraq biz əlavə məlumat vermək niyyətində deyilik”, – deyə şəhər meri Karlos Mazon bildirib.

Kastilya-La-Mançadakı mərkəzi hökumət sözçüsü İspaniyanın TVE ictimai televiziyasına deyib ki, pilotsuz təyyarələrin dəstəyi ilə fövqəladə hallar işçiləri şəhərdə daşqın nəticəsində itkin düşən 6 nəfəri axtarır. “Birinci prioritet bu insanları tapmaqdır”, – deyə o vurğulayıb.

Valensiyanın Alkudiya şəhərinin polisi günortadan itkin düşən yük maşınının sürücüsünü axtardıqlarını vurğulayıb.

Baş nazir Pedro Sançez “Twitter”də insanları səlahiyyətlilərin tövsiyələrinə əməl etməyə çağırıb. “Son saatlarda itkin düşənlər və fırtınanın vurduğu ziyanla bağlı xəbərləri narahatlıqla izləyirəm. Çox diqqətli olun və lazımsız səyahətlərdən çəkinin”, – deyə İspaniya hökumətinin başçısı əlavə edib.

Bölgə hökumətinin verdiyi açıqlamada Əndəlüsün cənub bölgəsində 276 sərnişini daşıyan yüksək sürətli qatarın relsdən çıxdığı, lakin xəsarət alan olmadığı qeyd edilib.

Xilasetmə xidmətləri Əndəlüsün Alora şəhərində çayın daşmasından sonra onlarla insanı xilas edib.

Dövlət meteorologiya agentliyi AEMET Valensiya bölgəsi üçün qırmızı, Əndəlüsün bəzi hissələri üçün ikinci ən yüksək həyəcan səviyyəsi elan edib. Hər iki rayonda su basması səbəbindən bir neçə yol bağlanıb.


Abunəlik