Cahit Bağcı: “Türkiyə ilə Azərbaycan arasında dünyada bənzəri olmayan qardaşlığın şahidi oluruq”

Baxılıb:49
Cahit Bağcı: “Türkiyə ilə Azərbaycan arasında dünyada bənzəri olmayan qardaşlığın şahidi oluruq”

Qlobal imkanlara çıxışı olan güclü, özünü təmin edən milli iqtisadiyyat bizim ən böyük istəyimizdir. Dünyanın 10 ən böyük iqtisadiyyatından biri olmaq məqsədimizə uyğun olaraq, bütün coğrafiyalarla ticarət və iqtisadi əlaqələrimizi inkişaf etdirəcək və şaxələndirəcəyik. Bu baxımdan birinci məqsədimiz ailəmiz olan Türkiyə dövlətləri ilə qarşılıqlı ticari-iqtisadi əlaqələrimizi daha da genişləndirməkdir.

Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Bakıda Türkiyə Respublikasının yaranmasının 101-ci ildönümü münasibətilə keçirilən tədbirdə söyləyib: ”Biz ölkəmizlə Azərbaycan arasında dünyada bənzəri olmayan, qəlblərdə dərin kök salmış müstəsna qardaşlığın şahidi oluruq. Bu qardaşlığın köklərini birlikdə dərinləşdiririk. Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa edən, Qarabağda qələbə qazanmaq üçün “bir yumruq, bir ürək” olan azərbaycanlı qardaşlarımız Prezident, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə nailiyyətlər əldə ediblər”.


Abunəlik