İranın cavab hücumu gecikəcək – İsraildən inanılmaz həmlə
İsrailin İrana endirdiyi zərbə İranın ballistik raket istehsalı proqramının ən vacib komponentini sıradan çıxarıb.
Bu barədə “Axios” portalı məlumat yayıb.
Mənbələrin portala verdiyi məlumata görə, İsrail Hərbi Hava Qüvvələri dron istehsalı zavoduna hücum edib və keçmişdə nüvə silahının tədqiqi və işlənməsi üçün istifadə olunan Parçin şəhərindəki obyektə xəbərdarlıq zərbəsi endirib.
Zərbələr nəticəsində İrandakı nüvə və enerji obyektlərini qoruyan dörd S-300 zenit-raket kompleksi batareyası da zədələnib.
İstehsal avadanlığının məhv edilməsi İranın raket arsenalını bərpa etmək qabiliyyətinə ciddi zərər vurub. Hətta İranın bu səbəblə İsrailə qarşı növbəti kütləvi raket hücumundan məcburi şəkildə imtina edəcəyi ehtimal edilir.