“Xəyanət”ə qeyri-etik səhnəyə görə xəbərdarlıq edildi – VİDEO

Baxılıb:42
“Xəyanət”ə qeyri-etik səhnəyə görə xəbərdarlıq edildi – VİDEO

Xəbər verdiyimiz kimi, Audiovizual Şura “Xəzər TV”nin efirində yayımlanan qeyri-etik sözə görə kanala xəbərdarlıq edib.Metbuat.az olay.az-a istinadən bildirir ki, xəbərdarlıq “Xəzər” TV-də yayımlanan “Xəyanət” serialına görə edilibmiş.Buna səbəb aktyor Cövdət Şükürovun oynadığı Tural obrazının səhnəsi olub.Belə ki, Tahirlə Turalın söhbəti zamanı qeyri-etik ifadə olan “p*x” sözü səsləndirilib. Bununla da, “Media haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsi pozulub.Şuradan verilən məlumatda “Xəzər TV-nin efirində belə halın ilk dəfə baş verməsini nəzərə alaraq, Audiovizual Şuranın üzvləri bu dəfə yayımçıya belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiyanın tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edilib”, – deyə qeyd edilib.


Abunəlik