İranlı hakerlər Trampın məktubları üçün ABŞ-də alıcılar tapıblar

Baxılıb:63
İranlı hakerlər Trampın məktubları üçün ABŞ-də alıcılar tapıblar

İranlı hakerlər ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın elektron məktublarını satışa çıxarıblar.

Bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunur ki, Demokratlar Partiyasından olan siyasətçilər nəhayət ki, məktublarla maraqlanıblar.

Agentliyin məlumatına görə, məktublar özünün “American Muckrakers” siyasi fəaliyyət komitəsinin saytında çoxlu material dərc edən Demokratlar Partiyasının siyasi xadimlərindən birinə satılıb. Bundan başqa, məktublar müstəqil jurnalistlərin marağına səbəb olub və jurnalistlərdən biri məktubları “Substack” platformasında paylaşıb.


Abunəlik