Qusarda Polis Akademiyasına qəbulla bağlı görüşlər keçirilib
DİN-in Polis Akademiyasında təhsilə təşviqlə bağlı görüşlər Qusar rayonunda da davam etdirilir. Bu həftə ərzində rayonunun müxtəlif kəndlərində, həmçinin bu gün Qusar RPŞ-nin inzibati binasında yuxarı sinif şagirdləri və onların valideynləri ilə növbəti görüş baş tutub.
Görüşdə çıxış edən RPŞ-nin əməkdaşkarı və Polis Akademiyasının nümayəndəsi məktəblilərə sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi, xalqımızın tarixi keçmişi, ölkəmizdə yaradılan sabitlik, asayiş barədə danışıblar.
Ölkəmizin daxili işlər orqanlarının və Polis Akademiyasının tarixi, vətənə xidmətin şərəfli olması barədə yeniyetmə və gənclərimizlə söhbətlər aparıb.
Ali təhsil almaq arzusunda olan abituriyentlərə Polis Akademiyası barədə ətraflı məlumat verilib, qocaman təhsil müəssisəsinin ölkəmizdə savadlı kadrların yetişməsində, daxili işlər orqanlarının hüquqşünaslarla təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırılıb.
Sonda şagirdlərin sualları cavablandırılıb və iştirakçılara Polis Akademiyasının fəaliyyətini özündə əks etdirən qısametrajlı tanıtım videoçarxı göstərilib.