Rəhim Qazıyevin döyülməsi ilə bağlı son məlumat
Rəhim Qaziyev bu gün Bakı şəhərinin küçələrinin birində döyulüb. AzTimes.az xəbər verir ki ,hazirda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhəri Yasamal RPİ-nin 28- ci Polis Bölməsində izahat verir. Özü ilə əlaqə saxladıq, vəziyyəti qənaətbəxşdir. İlkin tibbi yardım göstərilməsi ilə bağlı heç bir məlumat yoxdur.
Yeniləndi+
Rəhim Qazıyevin xəsarət alması ilə nəticələnən faktla bağlı CM-nin 221.1-ci maddəsi ilə Yasamal RPİ İstintaq şöbəsində cinayət işi başlanıb.
Bu barədə Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, faktın törədilməsində ehtimal olunan şübhəli şəxs vardır: “Hazırda araşdrımalar davam etdirilir”.
Pərvin Abışova Aztimes.az