Qərb şokda: Ərdoğan Rusiyada bunu edən yeganə liderdir

Baxılıb:40
Qərb şokda: Ərdoğan Rusiyada bunu edən yeganə liderdir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda keçirilən BRİKS sammitinin ən qeyri-adi lıderidir. O, NATO üzvü olan ölkənin bu tədbirdə iştirak edən yeganə lideridir.

Bu barədə “The New York Times” yazıb.

“İştirak edən onlarla liderdən biri digərlərindən fərqlənirdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BRİKS sammiti kimi tanınan görüşlərdə iştirak edən NATO ölkəsinin yeganə lideri oldu”, – materialda deyilir.

Nəşr Ərdoğanın Rusiya prezidenti Vladimir Putinə “əziz dost” kimi müraciətini də qeyd edib. Qəzetin yazdığına görə, Türkiyə lideri rusiyalı həmkarına münasibətdə dəfələrlə oxşar sözlər işlədib ki, bu da zaman-zaman NATO-nun narazılığına səbəb olub.

NYT yazır ki, Türkiyə NATO-da strateji tərəfdaş olaraq qalır və Ukraynaya güclü silahlar satır, lakin Qərbin Moskvaya qarşı sanksiyalarına qoşulmaqdan imtina edib və Rusiya ilə ticarəti artırıb.

Materialın müəlliflərinin fikrincə, Türkiyə və Rusiya Federasiyası “eyni zamanda həm dost, həm də rəqibdir”.


Abunəlik