İşğaldan azad edilmiş Füzuli şəhərinə məktəblilərin infoturu təşkil olunub

Baxılıb:55
İşğaldan azad edilmiş Füzuli şəhərinə məktəblilərin infoturu təşkil olunub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması tədbirləri çərçivəsində Füzuli şəhərinə infotur təşkil edib. İnfotur Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə keçirilib. İnfoturun iştirakçısı olan Füzuli rayonundan olan məktəblilərə Prezident İlham Əliyevin tapşırığı ilə Füzuli şəhərində aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası barədə məlumat verilib. Bildirilib ki, indiyədək Füzuli şəhərində 823 ailənin (3136 nəfərin) məskunlaşması təmin edilib. Məktəblilər Füzuli şəhərində yeni salınmış yaşayış binaları, parklar, məktəb və digər yerlərlə tanış olublar. Böyük Qayıdışa dair Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş ərazilərə infoturlar davam etdiriləcəkdir. 


Abunəlik