Bu məktəbdə tədris dayandırıldı – Səbəb

Baxılıb:44
Bu məktəbdə tədris dayandırıldı – Səbəb

Azərbaycanda müşahidə edilən yağıntılı hava şəraiti səbəbindən Bakının 123 nömrəli tam orta məktəbinin həyətyanı ərazisini əhatə edən hasarın bir hissəsi uçub.

Bu barədə məktəbdən məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı dərhal müvafiq qurumlara müraciət edilib:

“Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir. Oktyabrın 22-də məktəbdə tədris prosesi müvəqqəti olaraq dayandırılıb”,- deyə məlumatda qeyd edilib.


Abunəlik