Polis çay kənarında istirahət edən qızlara görün necə davrandı-VİDEO
Sosial şəbəkələrdə polislərin çay kənarında dincələn qızlara sərt şəkildə müdaxilə etməsi ilə bağlı görüntülər yayılıb.
Video müəllif tərəfindən “K-İnform”a ötürülüb.
Məlumata görə, hadisə Rusiyanın Surqut şəhərində baş verib. Yol Patrul Xidmətinin əməkdaşları çay kənarında dincələn qızlara yaxınlaşaraq onlarla getməyi təklif edib. Video müəllifinin sözlərinə görə, hara gediləcəyi barədə bir söz deyilməyib. Bundan başqa, onlara sənəd də təqdim olunmayıb.
Qızlar ərazini tərk etmək istəyərkən polislər onların qarşısını kəsib. Qızlardan birinin qolundan tutaraq yerə yıxıblar. Kadrlarda müstəntiqin dizi ilə köməksiz qızın boğazını necə sıxdığı və qızın ağzından qan gəldiyi görünür.
AzTimes.az