Beyləqanda Əziz Əzizovun “fəaliyyəti”

Baxılıb:75
Beyləqanda Əziz Əzizovun “fəaliyyəti”

Ölkə başçımız cənab İlham Əliyevin etimadını doğruldan məmumrlarla yanaşı, etimaddan, vəzifə səlahiyyətlərindən sui istifadə edən məmurlarda az deyil. Beyləqan rayonunun yeni icra başçısı da bu siyahıda yer alanlar arasındadır. Beləki, yeni icra başçısı Əziz Əzizov heç bir yenilik etməyib.Əvvəl Cəlilabad, Yasamal, Suraxanı, indi isə Beyləqan rayonuna rəhbər təyin edilən Əziz Əzizov sadəcə kürsüsünü yeniləyib. Beyləqan da isə, necə deyərlər, “köhnə hamam, köhnə tas” prinsipi davam etməkdədir. Şəkillərdən də aydın görünür ki, rayonun bərbad vəziyyəti heç də ürəkaçan deyil. Zibilliklər küçə boyu rayon sakinlərini, eləcə də rayon qonaqlarını müşayət edir. Məhv edilən yaşıllıqların küçə boyu səpələnməsi də başçının “fəaliyyətinin” bariz nümunəsidir.

Bu cür fəaliyyətə başlayan baçşı, yəqin ki, özünə xidmət edəcək. Nə rayon əhalisinin problemi, nə də rayonda baş verən neqativ hallar başçını maraqlandırmır. Yəqin əvvəllər paytaxtın mərkəzi rayonlarında başçılıq edən cənab Əzizov gözdən uzaq Beyləqan rayonunda özü də çox şeyi görməzdən gəlməyə başlayıb. Lakin, unudub ki, xalq görür və onun başçı seçildiyi rayona belə biganə yanaşması heç kəsin gözündən yayınmayacaq.

Cənab ilham Əliyevin dəfələrlə etimad göstərərək Bakının və ölkənin müxtəlif rayonlarına başçı kimi təyin etdiyi Əzizovun yəqin ki, Beyləqan son “dayanacağıdır”. Əvvəllər nə Yasamalda, nə Suraxanıda, nə Cəlilabadda uğurlu fəaliyyəti ilə seçilməyən başçı indi də Beyləqan rayonunda öz ampulasında qalmaqdadır. Başçının rə rayonun abadlığı, nə küçə boyu zibilliklərin açınacaqlı görüntüsü, nə də ekologiyası maraqlandırmır.

Hətta öz vəzifəsinə laqeyd yanaşan başçı gəldiyi 8 iyul 2024-cü il tarixindən bu günə kimi rayonda yaranan neqativ halları aradan qaldırmağa cəhd belə etməyib.

Sakinlər tərəfindən redaksiyamıza göndərilən görüntüləri təqdim edirik:

mənbə: sehermedia


Abunəlik