Tramp Putini HƏDƏLƏYİB: “Moskvanın tam mərkəzinə zərbə endiriləcək”

Baxılıb:59
Tramp Putini HƏDƏLƏYİB: “Moskvanın tam mərkəzinə zərbə endiriləcək”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putini “Rusiya Ukraynanı təqib edərsə” Moskvanı vuracağı ilə hədələdiyini deyib.

Tramp bunu “Wall Street Journal” (WSJ) qəzetinin redaksiya heyəti ilə görüşündə deyib .

İddialara görə, ABŞ-ın keçmiş prezidenti Rusiya liderinə deyib ki, əgər o, “Ukraynanı təqib etsə”, elə “güclü zərbə” alacaq ki, hətta buna inanmayacaq. Tramp “lənətə gəlmiş Moskvanın tam mərkəzinə zərbə endirməklə” hədələyib.

Keçmiş Ağ Ev rəhbərinin sözlərinə görə, o, Putinə bildirib ki, bunu etmək istəməyəcəyəm, çünki onların yaxşı münasibətləri var, amma başqa seçimi olmayacaq.

Tramp Putinlə belə bir söhbətin nə vaxt və hansı şəraitdə baş tuta biləcəyini açıqlamayıb.

Oktyabrın 17-də Tramp bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski münaqişəyə görə məsuliyyət daşıyır və onun alovlanmasının qarşısını almalı idi.


Abunəlik