DİN pedofiliya və zorakılıq əlaməti olan videoları izləyənləri cərimələyir-RƏSMİ XƏBƏRDARLIQ

Baxılıb:324
DİN  pedofiliya və zorakılıq əlaməti olan videoları izləyənləri cərimələyir-RƏSMİ XƏBƏRDARLIQ

Azərbaycanda bir çox vətəndaşın mobil telefonuna Daxili İşlər Nazirliyi (DİN) adından SMS göndərilərək 100 manat cərimə edilmələri barədə xəbərdarlıq gəlir.
AzTimes.az xəbər verir ki, SMS-də istifadəçiyə pedofiliya elementləri, zorakılıq və homoseksualizm təbliğatlı pornoqrafik saytlara dəfələrlə girdiyi üçün “blok olunduğu” bildirilir.
Həmçinin “blokdan çıxmaq” üçün 100 manat cərimə ödənilməsi tələb edilir. Cərimənin ödənilməsi üçün isə E-pul.az ödəniş sistemində pul kisəsi ünvanı göstərilir.


“Cərimənin ödənilməsi tələbini nəzərə almadığınız halda, cihazınızda olan bütün kontaktlara həmin insidentin təsviri və və cərimə barədə sizə məlumat vermələri xahişi ilə SMS göndəriləcək” şəklində yazılan şantaj mətnində cinayət işi başlanacağı barədə də hədə yer alır.
Daxili İşlər Nazirliyindən modern.az-a bildirilib ki, bu bir qrup dələduzun törətdiyi dələduzluq əməlidir. İnsanlar belə mesajlara əhəmiyyət verməsinlər. Nazirlikdə bu şəxslərin tapılaraq cəzalandırılması ilə bağlı tədbirlər görülür./modern.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir