Polis Qusarda məktəblilərin qonağı olub-FOTO
AzTimes.az xəbər verir ki, Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Çiləgir kənd tam orta məktəbində “Narkomaniyanın sosial təhlükəliliyi və doğurduğu fəsadlar” və “Erkən nikahın fəsadları” mövzularında maarifləndirici tədbir keçirilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, polis əməkdaşları, yerli icra nümayəndəsi, həkim, məktəbin pedaqoji heyəti və şagirdlərin iştirak etdiyi tədbirdə çıxış edən RPŞ-nin şəxsi heyət üzrə rəis köməkçisi, polis polkovnik- leytenantı Mövlud Əliyev dövrümüzün ağır bəlasına çevrilənnarkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrəyaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb.Tədbirdə həmçinin çıxış edən RPŞ-nin azyaşlılar üzrə baş inspektoru, polis mayoru Ramik Nəzərov erkən nikahın doğurduğu mənfi cəhətlər və gənc ailələrdə yaratdığı problemlərdən söz açıb.Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.