İctimai nəqliyyat onlar üçün pulsuz olacaq
COP29 dönəmində qonaqlar, o cümlədən akkreditasiyadan keçən yerli sakinlər ictimai nəqliyyatdan pulsuz istifadə edəcək.
Bu barədə COP29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu bildirib.
O qeyd edib ki, bunun üçün akkreditasiya kartını təqdim etmək yetərli olacaq: “Bura avtobus, metro və dəmir yolu nəqliyyatı daxildir”.