ABŞ ordusunun təlimlərində Rusiya helikopteri – Əsl məqsəd GİZLƏDİLİR
ABŞ ordusunun hərbi təlimləri zamanı Rusiya istehsalı olan “Mi-17” helikopterindən istifadə edilib.
Bu barədə “RİA Novosti”yə ABŞ Ordusunun Xüsusi Əməliyyatlar Komandanlığı məlumat verib.
“Söhbət yalnız məşqlərdən gedir. Təhlükəsizlik maraqlarına görə onların mahiyyətini açıqlaya bilmirik”, – mənbə bildirib.
Komandanlıq təlimlər zamanı nə üçün Rusiya helikopterindən istifadə etdiklərini açıqlamayıb.
Qeyd edək ki, sentyabrın 26-da ABŞ-ın Yaponiya ilə birlikdə irimiqyaslı hərbi təlimlər keçirəcəyi məlum olub.
Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərdə özünümüdafiə qüvvələrinin, eləcə də ABŞ silahlı qüvvələrinin hərbi bazalarından istifadə olunacaq.