Ağsu rayonu Arat-Cuxurlu kəndində şəhid məzarları üzərində ucalan bayraqlar yararsız haldadır?- Kənd icra nümayəndəsindən AÇIQLAMA

Baxılıb:185
Ağsu rayonu Arat-Cuxurlu kəndində şəhid məzarları üzərində ucalan bayraqlar yararsız haldadır?- Kənd icra nümayəndəsindən AÇIQLAMA

Ağsu rayon Arat – Curuxlu kəndində yerləşən məzarlıqda dəfn edilən şəhidlərimiz Mirzəmmədov Məmməd Məhbul oğlu və Heydərov Müşviq Ələkbər oğlunun məzarları üzərində olan Türkiyə və Azərbaycan Respublikalarının Bayraqları bərbad gündədir.Bu barədə Kənd sakini Zahid Seyidzadə AzTimes.az saytına ünvanladığı müraciətdə bildirib. O, qeyd edib ki, şəhid məzarlıqları üzərində olan bayraqlar köhnəldiyi zaman kəndin cavanları tərəfindən dəyişdirilirdi.Zahid Seyidzadə bildirir ki, bu gün Bayraqların köhnəldiyini və cırıldığını görüb, kənd icra nümayəndəsi Əliyev Gülağaya zəng edərək, ona bayraqların dəyişdirilməsini xahiş edib. Gülağa Əliyev isə əsəbi şəkildə, “Mən Bayraq dəyişənəm? Bayrağın cırılmasının mənə aidiyyəti yoxdur” – deyə cavab verib.Məsələ ilə bağlı Gülağa Əliyevlə əlaqə saxladıq. O , Zahid Seyidzadənin onunla əlaqə saxladığını etiraf etdi, amma aralarında belə bir dialoq olmadığını bildirdi.” Mənə bayraqların cırılması barədə məlumat verdi, məzuniyyətdə olduğum üçün məsələdən xəbərsiz olduğumu bildirdim. Zahid müəllimə dedim ki, bu gün bazar günüdür, səhər əməkdaşlarımız bayraqları dəyişər. Telefon əlaqəsindən həmən sonra Kənd İcra Nümayəndəliyinin əməkdaşları ərazidə olaraq cırılmış bayraqları yenisi ilə əvəz ediblər.


Abunəlik