Putin 2008-ci ildə Buşun qulağına Ukrayna haqda nə deyib? – Sabiq səfir sirri açdı

Baxılıb:31
Putin 2008-ci ildə Buşun qulağına Ukrayna haqda nə deyib? – Sabiq səfir sirri açdı

Rusiya prezidenti Vladimir Putin 2008-ci ildə Buxarestdə keçirilən Rusiya-NATO sammiti zamanı Amerika lideri Corc Buşla təkbətək söhbətində Ukraynanın real ölkə olmadığını iddia edib.

Bunu ABŞ-ın Ukraynadakı keçmiş səfiri Uilyam Teylor “The New York Times” (NYT) üçün yazdığı məqalədə xatırladıb .

“Sən başa düşürsən, Corc, Ukrayna hətta dövlət deyil! Ukrayna nədir? Ərazilərinin bir hissəsi Şərqi Avropadır, bir hissəsi və əhəmiyyətli hissəsi isə bizim tərəfimizdən bağışlanıb”, – Putin oturduğu yerdə əyilərək kiçik Buşun qulağına deyib.

Teylor onu da xatırladıb ki, hətta o zaman ABŞ dövlət katibi Kondoliza Rays yekun kommünikeyə Ukraynanın nəhayətdə NATO-ya qoşulacağını təsdiqləyən, lakin nə vaxt və necə olacağına dair heç bir məlumat verilmədən bəyanat salmağa nail olub.

“Əgər NATO 2008-ci ildə Ukrayna və Gürcüstanı NATO-ya üzvlük yoluna çıxarsaydı, ola bilsin ki, 2008-ci ildə nə Gürcüstanla münaqişə, nə də bugünkü Moskva ilə Kiyev arasında dəhşətli münaqişə baş verməzdi”, – deyə keçmiş diplomat məqaləsini yekunlaşdırıb.


Abunəlik