Paşinyandan daha bir “HAZIRIQ” AÇIQLAMASI – “Zəmanət veririk ki…”

Baxılıb:35
Paşinyandan daha bir “HAZIRIQ” AÇIQLAMASI – “Zəmanət veririk ki…”

Ermənistan öz ərazisində bütün kommunikasiyaları açmağa hazırdır.

Bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, Ermənistan nəqliyyatın keçidini və Naxçıvanla Azərbaycan arasında boru kəmərinin çəkilməsini təmin etməyə hazırdır: “Beləliklə, Ermənistan qarşılıqlı suverenliyə hörmət etməklə sərhəd nəzarəti prosedurlarını sadələşdirməyə hazırdır”.

Hökumət başçısı söyləyib ki, Ermənistan ərazisində təhlükəsiz tranzit bu ölkənin öhdəliyidir: “Və biz bu təhlükəsizliyə zəmanət veririk”.


Abunəlik