Dənizdən hücum başlayır: “Sahillərdən uzaq durun” xəbərdarlığı edildi

Baxılıb:21
Dənizdən hücum başlayır: “Sahillərdən uzaq durun” xəbərdarlığı edildi

İsrail donanması ilə “Hizbullah”a hücum edəcəyini açıqlayarkən, livanlıları dənizdən uzaq durmağa çağırıb.

Bu barədə İsrail ordusunun sözçüsü Aviçay Adraee açıqlama verib.

Bildirilir ki, İsrail ordusu “Hizbullah”a qarşı donanma ilə birlikdə hücuma keçəcəyini açıqlayıb və Sidon şəhərindən balıqçı qayıqları da daxil olmaqla hər kəsi dənizdən uzaq durmağa səsləyib.

Qeyd edək ki, Qəzzaya bir illik hücumlardan sonra İsrail Livana üz tutub. Təl-Əviv sentyabrın 23-dən etibarən Livan “Hizbullah”ına qarşı genişmiqyaslı hücumlara başlayıb.

Hücumlar səbəbindən yüz minlərlə insan Livandan köç etməli olub.


Abunəlik