“Paltar geyinməsin,elə bu vəziyyətdə apar”-deyən icra başcısının oğlu imiş-FOTO
İçəri daxil olub “Paltar geyinməsin, elə bu vəziyyətdə apar” deyən polis kapitanı Şəhriyar Hüseynovdur. O, Ağcəbədinin icra başçısı Rafil Hüseynovun oğludur.
AzTimes.az-ın xəbərinə görə, bu məlumat jurnalist Həbib Müntəzir yayıb.
O bildirib ki, qayınatası da Suraxanının icra başçısı Əziz Əzizovdur: “Bu cür adamların qudurğan övladları xalqın üstündə qoçuluq edirlər. Ataları, qaynataları xalqı talayır, bunlar da hücum əmri ilə vətəndaşı təhqir edir, alçaldır”.(pravda.az)