“Telegram”dan möhtəşəm YENİLİK: onu sata da bilərsiniz

Baxılıb:26
“Telegram”dan möhtəşəm YENİLİK: onu sata da bilərsiniz

“Telegram”ın yaradıcısı Pavel Durov messencerdə hədiyyələrin istifadəyə verildiyini açıqlayıb.

O, müvafiq postunu “Telegram” kanalında paylaşıb.

Sahibkarın fikrincə, hədiyyələr “yaxınlarınızı mühüm hadisələr münasibətilə təbrik etmək üçün əla vasitədir”.

O bildirib ki, hədiyyə alan istifadəçi onu öz profilinə yapışdıra və ya sataraq messencerin daxili valyutası olan “ulduzları” (“Telegram Ulduzları”) əldə edə bilər. Durov həmçinin qeyd edib ki, sonrakı yeniləmələr çərçivəsində bu ilin sonuna qədər hədiyyələr NFT-lərə çevrilə bilər.


Abunəlik