Quba polisi valideyn himayəsindən məhrum olmuş məktəblilərlə görüşüb

Baxılıb:29
Quba polisi valideyn himayəsindən məhrum olmuş məktəblilərlə görüşüb

AzTimes.az xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbində narkomaniyanın fəsadlarından bəhs edən maarfiləndirmə tədbiri keçirilib.“Narkomaniyaya yox deyək” mövzusunda keçirilən görüşdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Gürel Məmmədov narkotik vasitələrin insanlar üçün yaratdığı problemlərdən danışıb və narkotiklərin bir nəfərin yox ümumiyyətlə cəmiyyətin problemi olduğunu qeyd edib.

Görüşdə həmçinin Daxili İşlər Nazirliyinin Polis Akademiyası barədə şagirdlərə ətraflı məlumat verilib, təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışılıb.Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


Abunəlik