NATO Azərbaycanla sərhəddə nə planlaşdırır? – FTX-dən şok açıqlama

Baxılıb:28
NATO Azərbaycanla sərhəddə nə planlaşdırır? – FTX-dən şok açıqlama

“Qərb İrəvan və Bakı arasında münasibətlərin nizamlanmasına kömək etmək adı altında NATO ölkələrindən “sülhməramlı” kontingenti Cənubi Qafqaza daxil etməyə çalışır”.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov deyib.

Bortnikov bildirib ki, amerikalılar və avropalılar açıq şəkildə Cənubi Qafqazda sabitliyin bərqərar olmasında maraqlı deyillər.

“Məqsədləri bölgənin de-yure BMT-nin, de-fakto NATO-nun himayəsi altına salınmasıdır. Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilmiş Avropa İttifaqının “müstəqil mülki müşahidə missiyası”nın məqsədi də konkret Rusiyaya qarşı NATO maraqlarına uyğun kəşfiyyat fəaliyyətinin həyata keçirilməsidir. Qərb güzəştli silah tədarükü və təhlükəsizlik zəmanəti müqabilində Ermənistan hökumətini KTMT-dən çıxmağa sövq edir”, – o bildirib.

FTX direktoru qeyd edib ki, təcrübə NATO-nun Cənubi Qafqazda sabitliyə töhfə verməyəcəyini deməyə əsas verir.


Abunəlik