Hər səhər bunu etsəniz, cavan qalacaqsınız

Baxılıb:32
Hər səhər bunu etsəniz, cavan qalacaqsınız

Səhərlər ac qarına su içmək vərdişi orqanizmin oyanmasına kömək etməklə yanaşı, sizi uzun müddət sağlam və gənc saxlamağa kömək edəcək.

Bu barədə Gazeta.ru-ya həkim, dietoloq Yelena Ustinova məlumat verib.

Oyandıqdan sonra bir və ya bir neçə stəkan su içmək, yuxu zamanı maye itkisindən sonra bədəndə maye balansını bərpa etməyə kömək edir, həm də qan dövranını yaxşılaşdırır. Bu da öz növbəsində qan laxtalanma riskini azaldır, beyin fəaliyyətini və iştahı yaxşılaşdırır. Bundan əlavə, mədə-bağırsaq traktının və sidik sisteminin işi də sürətlənir.

“Eyni zamanda bədəndə metabolik proseslər də işə salınır ki, bu da çəkiyə nəzarət etməyə kömək edir. Gün ərzində kifayət qədər su içsəniz, bu proseslər sürətlənir və aclıq hissi azalır”, – Ustinova əlavə etdi.

Həkim təkcə səhər deyil, gün ərzində su içməyin vacib olduğunu vurğulayıb. Bu sağlam vərdiş görünüşünüzə, xüsusən də dərinizin və saçınızın sağlamlığına faydalı təsir göstərir. Su həmçinin limfa sisteminin fəaliyyətini yaxşılaşdırır, bu da orqanizmin infeksiyalarla mübarizə aparmasına kömək edir və böyrəklərdə daş əmələ gəlməsi riskini azaldır.


Abunəlik