İsrail İrana hücum etdi: İrəvanda “Zəngəzura nəzarəti itirəcəyik” qorxusu

Baxılıb:68
İsrail İrana hücum etdi: İrəvanda “Zəngəzura nəzarəti itirəcəyik” qorxusu

İsrail-İran qarşıdurması Ermənistanda Zəngəzurla bağlı qorxular yaradıb. Bu ölkənin ekspert cameəsi və mediası İsrailin İrana hücumlarının Tehranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinə təsir edəcəyini, nəticədə Ermənistanın regional dəstəkçisinin qalmayacağını hesab edir.

Erməni şərhçi Hraçya Qalstyan İranın oyundan çıxması nəticəsində Azərbaycan, Türkiyə və Rusiyanın Zəngəzur dəhlizinin açılması istiqamətində bütün ssenariləri işə salacağını iddia edir.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinə görə Moskva və Tehran arasında ziddiyyətlər var.

“Yeni bazarlara çıxmaq üçün Rusiya təcili olaraq, Zəngəzur dəhlizinin açılmasını istəyir. Bizim müttəfiqlərimizin həqiqətən də bu təhlükənin qarşısını almağa kömək edəcəyi şübhəlidir. Biz kollektiv Qərbin Rusiya ilə ticarəti necə davam etdirdiyini, sanksiyalar rejiminə imitasiya olaraq, əməl etdiyini görürük. Eyni zamanda, beynəlxalq hüquqi sistem – Qərbin müdafiə etdiyi qaydalara əsaslanan nizam fəaliyyətini dayandırır və dövlətlərin problemlərini həll etmək istəyində daha az cəlbedici olur. Rusiya-Gürcüstan müharibəsi, Krımın ilhaqı, Ukraynaya müdaxilə və nəhayət İsrailin Livana hücumu bunun real nümunəsidir. Bu, həm də “hüquq dünyasının” yox, “güc dünyasının” önə çıxması, gücün həlledici presedentə çevrilməsi deməkdir. Azərbaycan da bu presedentdən istifadə edə, Zəngəzura nəzarəti ələ ala bilər. Doğru desək, belə bir ssenariyə qarşı çıxmaq gücündə deyilik”, – erməni şərhçi iddia edib.


Abunəlik