Daha bir qlobal epidemiya riski – ÜST-dən XƏBƏRDARLIQ

Baxılıb:59
Daha bir qlobal epidemiya riski – ÜST-dən XƏBƏRDARLIQ

Ruandada Marburq virusunun ilk halları təsdiqləndikdən sonra dünyanı potensial olaraq epidemiyanın yayılma təhlükəsi gözləyir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib.

Hazırkı məlumata görə, yoluxmaların əksəriyyəti Ruandanın paytaxtı Kiqalidəki iki səhiyyə müəssisəsinin tibb işçiləri arasında qeydə alınıb.

Ebola virusu ilə eyni ailəyə aid olan Marburq virusu, insanlarda ağır hemorragik qızdırmaya səbəb ola bilər. Hazırda 27-dən çox yoluxma və 9 ölüm hadisəsi qeydə alınıb.

ÜST bu epidemiyanın riskini regional səviyyədə yüksək qiymətləndirir.

Marburq virusu infeksiyası 88% halda ölümlə nəticələnir.


Abunəlik