Xankəndidən qaçan separatçılara son zərbə – Paşinyan hücuma keçdi
Ermənistan hakimiyyəti Xankəndidən İrəvana qaçan separatçıların fəaliyyətinə tamamilə son qoyulması istiqamətində hərəkətə keçib.
Bu barədə “Hraparak” nəşri yazır.
Nəşr qeyd edir ki, bir neçə həftə öncə spiker Alen Simonyan “artsax təmsilçiliyi” (qondarma) məsələsinə yenidən baxmağı, onların fəaliyyət göstərdiyi binanın əllərindən alınmasını gündəmə gətirmişdi.
“Məlumatlara görə, hakimiyyət “artsax” məsələsini tamamilə bağlamaq üçün Samvel Babayanı yenidən oyuna cəlb edib. Hədəf “Qarabağ erməniləri” arasında fikir ayrılığı yaratmaq, sonra isə binanı tamamilə ələ keçirməkdir. Dünən Babayanın 20-ə yaxın tərəfdarı “artsax nümayəndəliyi”nin qarşısında etiraz aksiyası keçirərək, sosial problemlərin həlli üçün “struktur” yaradılmasını tələb ediblər.
Əsas tələb budur ki, belə bir “struktura” məhz Samvel Babayan rəhbərlik etməlidir. Digər tələb Qarabağdan gətirilən və “investisya fonduna” məxsus olan pullar haqda hesabatın verilməsidir. Əslində bu, Babayanın “təmsilçiliyi” ələ keçirmək, daha sonra bağlamaq planına xidmət edir”, – nəşr iddia edib.