Çovdarovla əlaqəsi olan iş adamını tanıyaq-VİDEO

Baxılıb:109
Çovdarovla əlaqəsi olan iş adamını tanıyaq-VİDEO

2016-cı ilin oktyabrın 7-də Sabunçu rayon ərazisində yerləşən evindən Sumqayıt polis idarəsinin əməkdaşları tərəfindən “Azərinşaat” MMC-nin direktoru, Müqayis Verdiyev həbs olundu.
M. Verdiyevə qarşı Cinayət Məcəlləsinin 222.2 (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulmasına səbəb olduqda), 162.1. (Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa) və 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi açıldı.

O, 8 milyon manata yaxın mənimsəmədə təqsirləndirilirdi.
Cinayət işi materiallarına əsasən, Sumqayıtda abadlıq-quruculuq işləri üçün bu şəhərin icra hakimiyyətinə 2016-cı ildə Prezidentin ehtiyat fondundan 10 milyon (binaların dam örtüklərinin dəyişməsinə və yolların təmirinə daha 10 milyon) pul ayrılmışdı. Həmin milyonların hara, necə xərcləndiyini təsdiqləyən sənədlər yox idi. Sumqayıtda Sülh küçəsində və dənizkənarı parkdakı təmir-tikinti işlərinə rəhbərlik etmiş işa adamı məhz Müqayis Verdiyev idi.
İş adamına Cinayət Məcəlləsinin 162 (əmək mühafizəsi qaydalarını pozma), 178 (dələduzluq) və 222-ci (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddələri ilə ittiham verildi. O, abadlıq işlərində istifadə olunmuş materialların pulunu sahiblərinə ödəməyib onları aldatmaqda, adamları əmək müqaviləsi olmadan işlətməkdə təqsirləndirildi.
3 sentyabr, 2018 Müqayis Verdiyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. Onun daha əvvəlki cinayət əməlinə görə aldığı şərti cəzası da həmən hökmlə birləşdirildi və M.Verdiyev 4 il müddətinə azadlıqdan məhrum edildi.
Həbsdən çıxan kimi Müqayis Verdiyev Sumqayıt icra başçısı Zakir Fərəcovu hədəfə götürdü.
Naraqlıdır ki, iş adamı hansı rayonda tikinti-abadslıq işi aparıbsa sonradan çütləq problem çıxıb.
Eyni vəziyyət İmişlidi və Goranboy rayonunda olub.
Həmin vaxt Goranboy şəhərində tikinti-quraşdırma işləri tenderdə qalib gəlmiş «Fəqan-Xidmət» MMC tərəfindən aparılıb. İşçilərin Rayon İcra Hakimiyyətinə müraciəti ilə əlaqədar «Fəqan-Xidmət» MMC-nin rəhbərliyi dəvət edilib, birgə araşdırma zamanı müəyyən olunub ki, digər 4 sahibkar briqadası ilə yanaşı, Müqayis Verdiyevin briqadasına da razılaşma yolu ilə iş verilib və bütün briqadalar tərəfindən görülmüş işlərin dəyəri MMC tərəfindən tam ödənilib. Lakin nədənsə digər briqadaların işçilərinə əmək haqqı ödənildiyi halda, M. Verdiyev işçilərə çatası təxminən 24 min manat əmək haqqını ödəməyib. Ona görə də rayon İcra Hakimiyyətinə müraciət etmiş işçilərə izah olunub ki, gördükləri işlərin dəyəri tam həcmdə M. Verdiyevə ödənilib, odur ki, əmək haqqı tələbi ilə bağlı ona müraciət etsinlər, müraciətləri təmin olunmasa, hüquq-mühafizə orqanlarına şikayət edə bilərlər.
M. Verdiyev rayonda sabitliyi pozmaq üçün müntəzəm olaraq ciddi səy göstərsə də 2014-cü ildə Goranboy rayonunda tikinti-abadlıq işləri ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olundu.
Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 179 (mənimsəmə) maddələri ilə təqsirləndirilən M.Verdiyevə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 9 il 14 gün həbs cəzası kəsildi. Sonradan Ali Məhkəmə 2017-ci il yanvarın 11-də bir daha bu məsələyə baxıb və mənimsəmə ittihamı üzrə M.Verdiyevə bəraət verib. Dələduzluğa görə isə 2 il 3 aylıq cəza təyin olunub.
Biznesmenin keşçişi belə qalmaqallıdır. Tək özü yox, hətta oğlu və qızının da.
2017-ci ildə Müqayis Verdiyevin qızı Aytən tanınmış futbolçu Maşallah Əhmədovun oğlu Tərlan Əhmədova, Nəqliyyat nazirliyinin şöbə müdiri Kazım Şərifova və Emil Allahverdova qarşı məhkəmə iddiası zamanı maraqlı faktlar üzə çıxmışdı.
Yazıda adı keçən K.Şərifov bildirmişdi ki, Müqayis Verdiyevin oğlu Anar Verdiyev bacısı Aytənin adına olan “BMW” avtomobili ilə özünə məxsus “Mitsubishi Pajero” maşınını dəyişib. Lakin sonradan məlum olub ki, Verdiyevlərin maşını oğurluqdu. Polisi müdaxiləsindən sonra Şərifovun maşını özünə qaytarılmışdı.

K.Şərifov bildirib ki, A.Verdiyev MTN generalı Çovdarovun cinayət işində adı hallandığı üçün “Bakcell”dəki vəzifəsindən uzaqlaşdırılıb.
Bax belə. Bunlar hələ aysberqin görünən hissəsidir.
Hər zaman hüquqlarının pozulduğunu və icra başçısılarının qanunsuz əməllərindən ağzı dolusu danışan Müqayis Verdiyev Goranboyda 256 min, İmişlidə 857 min, Sumqayıtda isə 5 milyon manatının dəbbələndiyini iddia edən iş adamı, necə ola bilir ki,həbsdən çıxan kimi özünə bahalı maşınlar ala bilir?
120 min manatlıq avtomobildə gəzən Müqayis Verdiyev pul hesabına ölkə mediasında öz xeyrinə yazılar trajlatdırır, Sumqayıt icra hakimiyyətində nüfuzlu şəxsləri də hədəfinə çevirir.

Aztimes.az      azerinfo

 


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir