Gürcüstan ABŞ-la münasibətlərə yenidən baxa bilər: Tbilisi şərtini açıqladı
Vaşinqton siyasətini dəyişərsə, Gürcüstan ABŞ-la münasibətlərə yenidən baxacaq.
Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
Kobaxidze bir sıra bəyanatlardan sonra Gürcüstan və ABŞ arasında münasibətlərin hazırkı səviyyəsini şərh edib. Siyasətçi status-kvonun yenidən nəzərdən keçirilməsinin zəruriliyini bəyan edib və Vaşinqtonun siyasətində dəyişiklik etməyi şərt adlandırıb.
“Bu, bizim aydın mövqeyimizdir. Hər şey Amerika tərəfdən asılıdır”, – Gürcüstanın baş naziri vurğulayıb.
Bundan əvvəl Kobaxidze ABŞ prezidenti Co Baydenin qəbuluna dəvətinin son anda ləğv edilməsinə reaksiya verib. Siyasətçi qəbula dəvətinin ləğvini qeyri-ciddi addım adlandırıb.