Fransızlar yeni hökumətin tərkibindən narazıdırlar
Fransa sakinlərinin yarıdan çoxu Baş nazir Mişel Barnyenin yaratdığı yeni hökumətin tərkibindən narazıdırlar. Əksəriyyət bunun erkən parlament seçkilərinin nəticələrini əks etdirmədiyi qənaətindədir.
Bunu BFMTV kanalının sifarişi ilə “Elabe” sosial xidmətinin sorğusu sübut edir.
Sentyabrın 24-dən 25-dək sorğuda iştirak edən min yetkin fransızın 59%-i öz narazılığını bildirib.
Bundan əlavə, respondentlərin ümumi sayının 80%-i yeni hökumətin növbədənkənar parlament seçkisinin nəticələrini əks etdirmədiyini bildirib. Yalnız 4%-i əks fikirdədir.
Eyni zamanda, 78% yeni kabinetin fransızların alıcılıq qabiliyyətini yaxşılaşdıra biləcəyinə inanmır. Demək olar ki, eyni sayda respondent hesab edir ki, Barnye hökuməti sosial ədalətsizliyi azaltmaq, səhiyyəni yaxşılaşdırmaq və ya ekoloji problemləri həll etmək iqtidarında deyil.