Dünya Ərdoğanın BMT-dəki bu çıxışından danışır: görün necə meydan oxudu

Baxılıb:36
Dünya Ərdoğanın BMT-dəki bu çıxışından danışır: görün necə meydan oxudu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT-yə müraciəti dünya mətbuatında geniş işıqlandırılıb. Ərdoğanın İsrailə ünvanladığı sözlər Amerika və Avropa mediasının manşetlərində yer alıb.

Birləşmiş Millətlər Təşkilatında çıxış edən Ərdoğan Qəzzanın “dünyanın ən böyük qadın və uşaq qəbiristanlığına” çevrildiyini bildirib. O, Təl-Əviv rəhbərliyini tənqid edərək, Qəzzada BMT və Qərb dəyərlərinin öldüyünü vurğulayıb.

Ərdoğan Netanyahunu Hitlerə bənzədərək “Hitler 70 il əvvəl dayandırıldığı kimi Netanyahu da bu gün dayandırılmalıdır” deyib. Onun bu sözləri dünya mətbuatının manşetinə çevrilib.

Ərdoğan İsrail tərəfindən öldürülən jurnalistlərin onların həmkarları olduğunu beynəlxalq mətbuata xatırladıb. Türkiyə liderinin bu sözləri “The New York Times”, “Politico”, “Die Welt”, Xorvatiyanın dövlət televiziyası HRT, “Ta Nea” kimi KİV-lərdə geniş işıqlandırılıb.


Abunəlik